BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada adam öldürən “Tayson” ləqəbli azərbaycanlı hökmdən narazıdır

2008-ci ildə Rusiyanın Vladimir vilayətinin Karabanovo şəhərində Dmitri Melnikov adlı şəxsi döyərək qətlə yetirən Bərdə sakini, 1989-cu il təvəllüdlü Şükür Dadaşovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 18-nə təyin edilib.

 

Qeyd: 15 il əvvəl qətl törətmiş şəxs Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma- ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib. Məlumata görə, Ş.Dadaşov idmanla məşğul olub və yaşadığı Karabanovo şəhərində “Tayson” ləqəbi ilə tanınıb. Hadisə baş verən gün onun şəhərin Mədəniyyət Evində yerləşən tualetin yanında bir neçə nəfərlə mübahisəsi düşüb. Mübahisənin münaqişəyə çevrilməsi ilə Ş.Dadaşov D.Melnikova çoxsaylı zərbələr endirib, yerə yıxılan şəxsi yumruq və təpiklə vurub. Zərərçəkmiş şəxs orada vəfat edib. Bundan bir müddət sonra Azərbaycana gələn Ş.Dadaşov 2021-ci ildə tutularaq istintaqa təhvil verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Tayson” ləqəbli şəxsə 7 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib.

 

Kamal Məmmədov

Tarix: 16 Yanvar 2024, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin