BURADA REKLAMINIZ OLA
BİLƏR

Yunis Səfərovla təlim keçən “Hüseyniyun”çu yenidən məhkəmə qarşısında

Azərbaycandan kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və təşkilində iştirakda ittiham olunan Taleh Yusifovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 18-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: DTX-nin yaydığı məlumata görə, 1967-ci il təvəllüdlü Yusifov Taleh Rəşid oğlu İranda yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşmənin üzvü olub. Onun “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib. Həmçinin müəyyənləşdirilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İrana keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilib), Əsədov Rövşən Elçin oğlu və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib. Onun barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 16 Yanvar 2024, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin