BURADA REKLAMINIZ OLA
BİLƏR

“Səs” qəzetinin baş redaktoru: “Yaltaqlıq bütün dövrlərdə təhlükəlidir”

“Sizcə, ikiüzlülük, yaltaqlıq edən insan cəmiyyətə və dövlətə xeyir verə bilərmi? Baxın kimsə vəzifədə olanda onun ətrafınada görünmək üçün dəridən-qabıqdan çıxan bəziləri həmin adam vəzifəsini itirəndən sonra ona qarşı ən sərt mövqedə duranlardan birinə çevrilir. Vəzifədən gedən adamın əleyhinə kampaniya aparmaq, üstünə getməklə guya kiməsə göstərmək istəyirlər ki, baxın mən onun yanında yoxam”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

 

B.Quliyev qeyd edib ki, bu yanaşma düzgün deyil: “İnsanın vəzifəsi onun şəxsiyyəti, mənəviyyatı deyil axı. Vəzifədəikən  dövlətə, xalqa xidmət, bu bir şansdır və xidmət imkanlarının genişliyidir. Kimsə xidməti dövründə hansı hörməti qazanıbsa və ya hörmətdən düşübsə, bu artıq bir məmurun özünü aparmağı və özünü təsdiqidir. Əgər bir məmur öz postunda olarkən xidməti ilə  təmsil olunduğu komandaya və özünə hörmət qazandıra bilibsə, bu, çox yaxşıdır. Amma vəzifədən çıxdısa da ona qarşı hərtərəfli hücum, kampaniya, bu artıq biabırçılıqdır və qəbuledilməzdir. Yıxılanı baltalamağa nə var ki? Lap düşmənçilik də aparsan belə, kişi kimi düşmənçiik etmək lazımdır... Biz tarixən belə hadisələrin çox şahidi olmuşuq. Amma yaltaqlıq bütün dövrlərdə həm təhlükəlidir, həm də elə xəyanətdir. Üzəduranlıq heç yaxşı şey deyil, məncə...”

Tarix: 2 Dekabr 2019, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin