BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sevgilisini bıçaqlayan qadına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Jalə Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm qadının himayəsində olan 2014-cü il təvəllüdlü uşağı 14 yaşına çatanadək təxirə salınıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, hadisə ötən il, saat 22:30 radələrində universitetlərdən birinin yataqxanasında qeydə alınıb. Belə ki, Jalə Səmədova qeyri-rəsmi ailə münasibətində yaşadığı, zərərçəkmiş Salman Rahibovu bıçaqlayıb. Buna səbəb isə zərərçəkmişin qadının 2014-cü il təvəllüdlü qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi olub. Mübahisə zamanı Jalə otaqdakı masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Salmanın döş qəfəsinə bir zərbə endirərək ona xəsarət yetirib. Hadisədən sonra qadın saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Məhkəmədə Jalə Səmədova ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, qızını tək böyüdür və Salman Rahibovla bir neçə il əvvəl tanış olub. Zərərçəkmiş arada-sırada onlara gəlib-gedirmiş. Hadisə günü zərərçəkmiş onu çox içirdib və gecə yatanda qızına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Bu zaman yuxudan oyanıb və DİN-in 102 zəng mərkəzinə zəng etməyə çalışsa da, Salman ona imkan verməyib. Daha sonra masanın üzərində ona bıçağı götürərək zərərçəkmişi bıçaqlayıb.

 

Kamal Məmmədov

Tarix: 17 Yanvar 2024, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin