BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həmyerlisinə kəllə atan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən M.M.-in (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Astara Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi təqsirləndirilənşəxsin şikayətini təmin etməyib. İttihama görə, hadisə 25 iyun 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Astara şəhərində yerləşən fərdi yaşayış evlərinin birinin həyətində qeydə alınıb. Belə ki, M.M. həmyerlisi, zərərçəkmiş N.N. ilə şəxsi münasibətləri zəminində aralarında mübahisə baş verib. Bu zamanı o, zərərçəkmiş şəxsə qəsdən başı ilə zərbə endirərək ona xəsarətlər yetirib. Daha sonra M.M. cinayət məsuliyyətinə cəlb olunub.

 

Kamal Məmmədov

Tarix: 17 Yanvar 2024, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin