BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: “Pessimist insanlar təqvim ayında, gündə, saatda belə hansısa pis hadisə axtarırlar”

“Çoxları yanvar ayını qarğıyır, deyirlər ki, bu ayda ancaq pis hadisələr baş verir, itkilər olur... İnsanlar müxtəlif aylara və günlərə mənalar yükləyirlər. Məsələn, biri deyir ki, Yeni ilin ilk günü zərərli vərdişlərimdən canımı qurtaracağıma söz verirəm, həmin gün siqareti tərgidəcəyəm. Yaxud Yeni ilin ilk günü pəhrizə başlayacağam, evlənəcəyəm...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib.

 

O bildirib ki, müxtəlif düşüncə tərzinə malik olmaları baxımından insanlar realist, pessimist, optimist kimi qruplara bölünürlər: “Realistlər hər şeyi real görürlər. Heç nədən incimir, üzülmür, hirslənmirlər, baş verənləri normal qəbul edirlər. Optimistlər hər şeydə gözəllik axtarır, pessimist insanlar isə təqvim ayında, gündə, saatda belə hansısa pis hadisə axtarırlar. Bu, insanın düşüncə tərzinə görə dəyişəcək. Məsələn, beyin nəyə köklənibsə, hədəflənibsə, həmin hədəfləri sonradan reallığa çevirməyə başlayır. Bəzən insanlar pis nələrsə axtarırlarsa, sonda onu mütləq tapırlar”.

 

Aytəkin Qardaşova

Tarix: 17 Yanvar 2024, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin