BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə torpağını özbaşına tutmaqda ittiham olunan şəxsə bəraət verildi

Şəki Apellyasiya Məhkəməsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Rasim Muradovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilib, Yevlax Rayon Məhkəməsinin 3 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilib. Rasim Muradov barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilib.

 

İttihama görə, Rasim Muradov Yevlax rayon Qaraməmmədli kəndində zərərçəkmişin mülkiyyətində olan 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini və 2012-ci ilin mövsümi əkin ayından Qaraməmmədli bələdiyyəsinin mülkiyyətində olan 0,58 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini istifadə və ya icarə hüququ olmadan özbaşına tutub.

 

Kamal Məmmədov

Tarix: 18 Yanvar 2024, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin