BURADA REKLAMINIZ OLA
BİLƏR

“Avrora” şirkətinin əməkdaşına elektron qolbaq taxıldı

Gəncə Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Cavidan Abdullayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bərdə Rayon Məhkəməsinin çıxardığı 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına endirilib.

 

İttihama görə, Cavidan Abdullayev özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə “Avrora” MMC-də Anbar Təsərrüfatı və Loqistika Departamentində sürücü vəzifəsində işləyərkən 2021-ci ilin noyabr ayının əvvəllərində, dəqiq tarixi istintaqa məlum olmayan tarixdə və vaxtda həmin MMC-də satış üzrə nümayəndə vəzifəsində işləyən şəxslə danışıb. O, vahid niyyətlə həmin şəxsin adına MMC-nin “Tayga Sale” proqramı vasitəsilə satış üçün rayon ərazisində yerləşən “Feruz” marketə satış üçün göndərilib. Təqsirləndirilən şəxs həmin marketdə satıla bilməyən energetik içkilərini satacağını və satışdan əldə edəcəyi pulları MMC-nin kassasına ödəyəcəyini yalandan vəd verib. Cavidan bu yolla ümumilikdə 13135,23 manat məbləğində energetik içkiləri sataraq mənimsəyib.

 

Daha sonra cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 18 Yanvar 2024, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin