BURADA REKLAMINIZ OLA
BİLƏR

İran və Pakistan arasında müharibə baş verərsə, Azərbaycan hansı dövlətin yanında olacaq? – Siyavuş Novruzovdan AÇIQLAMA

“Arzu edərdik ki, Pakistanla İran arasında müharibə baş verməsin. Əlbəttə ki, bu məsələni qızışdırırlar. Amma biz istəyirik ki, sərhədlərimizdə sakitlik, hər bir qonşumuzun ərazisində sülh, əmin-amanlıq olsun. Biz heç bir qonşu dövlətin daxili işlərinə qarışmırıq. Arzumuz, istəyimiz budur ki, heç bir dövlət də Azərbaycanın daxili işlərinə qarışmasın. Sülh arzu edirəm, müharibə yox. Hər ikisi müsəlman dövlətidir. Bu və ya digər şəkildə Pakistan da, İran da Azərbaycanla əlaqəlidir. Ancaq sülhün tərəfdarıyıq ki, danışıqlar yolu ilə məsələ həll olunsun, vəziyyət qaydasına düşsün”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Pakistan və İran arasındakı gərginliyi şərh edərkən deyib.

 

Komitə sədri bildirib ki, Pakistan Azərbaycanın müttəfiqidir: “Pakistan həmişə Azərbaycana ciddi dəstək verib. Vətən müharibəsi dövründə və ondan əvvəlki dövrlərdə də mütəmadi olaraq Pakistan Prezidentləri Azərbaycana hərtərəfli dəstək göstərməklə bağlı öz münasibətlərini bildiriblər. İran da bizim qonşumuzdur. Orada yaşayanların yarısından çoxu azərbaycanlıdır. Təbii ki, müharibə olsa, istər-istəməz azərbaycanlıların da bu və ya digər şəkildə iştirakı olacaq. Bu da bizim üçün çətindir”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Yanvar 2024, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin