BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş kişi “pulumu oğurladın” deyən kafe sahibini bıçaqladı - CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Cəmil Kərəmzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 19 avqust 2023-cü il tarixdə Zaqatala rayonu, Kəpənəkçi kəndində yerləşən “Alazan” adlı kafedə qeydə alınıb.


Belə ki, Cəmil Kərəmzadə hadisədən bir gün əvvəl zərərçəkmiş Fərhad Sadıqovun (şərti) işlətdiyi “Alazan” kafedə tanışı ilə birgə yeyib spirtli içki qəbul edib. Sabahısı gün isə zərərçəkmiş təqsirləndirilən şəxsin oğurluq etməsindən şübhələnərək aidiyyəti üzrə hüquq–mühafizə orqanlarına şikayət etmək əvəzinə, əsaslı dəlillərə malik olmadığı halda israrla əskik gələn 500 manatla yanaşı, haqsız şəkildə Cəmildən əlavə 1500 manat, ümumilikdə isə 2000 manat pul tələb edib.


19 avqust 2023-cü il tarixdə, saat 22:27 radələrində Cəmil Kərəmzadə sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə həmin kafenin qarşısına gəlib. Mübahisə zamanı o, avtomobildə gəzdirdiyi bizlə Fərhadın qarın nahiyəsinə bir dəfə zərbə endirərək ona xəsarət yetirib.


Hadisədən sonra Cəmil Kərəmzadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
 

Kamal Məmmədov 

Tarix: 19 Yanvar 2024, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin