BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə polisin üstünə "Prius" sürən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində paytaxtda "Prius"u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Qurbanov 9 il azadlıqdan məhrum edilib.


Qeyd: Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü R.Qurbanovun ötən il aprelin 28-də idarə etdiyi "Toyota Prius" markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.


Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə R.Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov 



Tarix: 19 Yanvar 2024, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin