Sosial və siyasi fəallığın artırılması cəmiyyət üçün hər zaman mühüm məsələlərdən biridir. Normal və problemsiz bir cəmiyyətdə belə insanların sosial və siyasi fəallığının artırılmasına daim ehtiyac var, çünki sosial-siyasi aktivlik cəmiyyəti yüksək inkişafa doğru aparır. Azərbaycan cəmiyyəti də ümumilikdə aktiv təbəqə kimi qəbul olunur və gənclərin sosial fəallığının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu layihələr birbaşa Azərbaycanda toplumun aktivliyinə töhfə vermək məqsədi daşıyır. Həyata keçirilən tədbirlər gənclər təşkilatlarının deyil, bütövlükdə vətəndaşların sosial fəallığının artırılmasına yönəldilib.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib ki, ölkədə sosial və siyasi fəallığın artırılması ilə bağlı genişmiqyaslı işlər görülür:

“Siyasi düşüncənin inkişafı, siyasi iştirakçılığın artırılması insanlarda siyasi partiyalara olan münasibətin gücləndirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Çünki bizim regionumuz vadar edir ki, insanlar siyasətlə maraqlansınlar, regional politikanı bilsinlər. İki böyük müharibə iştirakçısı olmuşuq. Paralel olaraq lokal müharibələr olub, əməliyyatlar həyata keçirilib. Nəticədə, Azərbaycan öz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, suverenliyini təmin edib. Bizim region üzərindən bəzi geosiyasi mərkəzlər öz plan və layihələrini həyata keçirməyə çalışırlar. Buna görə də vətəndaşlarımız daxili və xarici siyasətlə maraqlanmalıdırlar. Dövlət bu istiqamətdə öz tənzimləyici addımlarını atmalıdır. Görürük ki, gənclər arasında da siyasi proseslərə maraq çox güclüdür. Ola bilsin ki, bu, Vətən müharibəsindən öncə bir qədər az idi, indi isə tamamilə əks mənzərəni görürük. Siyasətin formalaşmasında ictimai rəyin də önəmi çox böyükdür. İctimai rəyin öyrənilməsi və onun əsasında dövlətin qərarlar qəbul etməsi qabaqcıl mütərəqqi dövlətlərdə artıq uzun illərdir ki, mövcuddur, inkişaf edib. Bu iş ölkəmizdə bir qədər yeni olsa da, ictimai rəyin önəmi vacibdir. Sosial Tədqiqatlar Mərkəzi sistemli, akademik, elmi əsaslarla ictimai rəyin öyrənilməsini, onun dövlətə təqdimatını edir. Arayışlar, müxtəlif sənədlər, hesabatlar, məqalələr, dövlət siyasətinin şərhi və dövlət siyasətinin ictimai rəyə münasibəti kontekstində bu fəaliyyət tənzimlənir. Sosial Tədqiqatlar Mərkəzindən sonra bir sıra beyin mərkəzləri yaradıldı, formalaşdırıldı. Onların da müəyyən sahələr üzrə dataları dövlət üçün mənbə hesab olunur. Ölkəmizdə son illər görülən işlər deməyə əsas verir ki, dataəsaslı qərarların qəbulu, yaranması yalnız dövlətimizin inkişafı naminədir. Ölkəmiz bu gün çağırışlarla üz-üzədir. Bu çağırışlara cavab vermək üçün Azərbaycan çox önəmli mərhələyə qədəm qoyub”.
Sosioloq Elçin Bayramlı deyib ki, son dövrlər əhalinin internetə əlçatanlığının yüksəlməsi, sosial şəbəkələrdən daha çox istifadə insanlarda sosial-ictimai fəallığı artırıb:

“Bunu siyasi fəallıq barədə demək olmaz. Siyasi cəhətdən yalnız müəyyən siyasi təbliğatçılar mediada, sosial şəbəkələrdə təbliğat aparırlar. Sadə əhali isə artıq siyasi proseslərlə o qədər də maraqlanmır. Sadəcə, qısa siyasi xəbərləri hərdən izləyirlər. İnsanlar sosial məsələlərlə bağlı şikayətləri, problemləri sosial şəbəkələrdə, mediada rahat işıqlandıra, qabarda bilirlər. Son dövrlər dövlət orqanlarının bir çoxu həqiqətən də ictimai rəyə önəm verir, mediada, sosial şəbəkələrdə yazılanlara, qaldırılan məsələlərə reaksiya göstərir, geridönüş edirlər. Əlaqə saxlayır, maraqlanır, həllinə çalışırlar. Təəssüf ki, bu, bütün qurumlara aid deyil. Bir çox dövlət orqanları, ümumiyyətlə, mediada qaldırılan problemlərə, faktlara, materiallara zərrə qədər də əhəmiyyət vermirlər. Bu, artıq həmin orqanların ictimaiyyətlə işləməmələri, ictimai rəyi hesaba almamaları deməkdir və şəffaf hökumət prinsipinə ziddir. Belə orqanlar işlərini düzəltməlidirlər. Onlara dövlət səviyyəsində xəbərdarlıq olunmalıdır ki, sizin sahənizə aid məsələlər vətəndaşlar, jurnalistlər tərəfindən qaldırıldıqda reaksiya verməli, qəbul etməlisiniz. İndiki dövr ictimai iştirakçılıq tələb edir, vətəndaşlar tərəfindən qaldırılan hər hansı qanun pozuntuları, nöqsanlar göstəriləndə, problemlər qoyulanda zəhmət çəkib reaksiya verməlidirlər. Deməli, bunu etməyən dövlət orqanları işləmirlər. Hamısında İctimaiyyətlə əlaqələr şöbəsi, Mətbuat xidməti var, amma nə işlə məşğuldurlar? Heç jurnalistlər belə qəbullarına düşə bilmirlər. Onlara günlərlə, həftələrlə cavab da verilmir. Bu, artıq ciddi problemdir. Həmin şəxslər, orqanlar cəzalandırılmalıdır. Belə olsa, həm ictimai rəyin əhəmiyyəti, həm də vətəndaşların ictimai iştirakçılığı, sosial təşəbbüsləri artar, bir çox məsələlər daha tez həllini tapar. Bu istiqamətdə işlər aparılmalıdır. İş aparılan sahələrdən jurnalistlər də, vətəndaşlar da çox razılıq edirlər. Çünki düzgün işləyirlər, vətəndaşlarla normal davranırlar. Deməli, artıq o orqanlar şəffaf işləyirlər. Digərləri onlardan nümunə götürmürlərsə, dövlət tərəfindən buna məcbur edilməlidirlər. Bütün sivil ölkələrdə sistem belə işləyir. Bizdə də olsa, təbii ki, hər şey qaydasına düşər”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin