BURADA REKLAMINIZ OLA
BİLƏR

"Drymatic" istehlakçıların hüquqlarını pozub

"Drymatic" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (İstehlakçıların hüquqlarının pozulmasına, yəni: qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 22 Yanvar 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin