BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məhərrəm Ağayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlının sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.

 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə 11 mart 2023-cü il tarixində paytaxtın Suraxanı rayonu ərazsində qeydə alınıb. Belə ki, M.Ağayev idarə etdiyi "Toyota Camry" markalı avtomobillə Zığ-Hövsan avtomobil yolunda piyada Mehriban Qasımovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Kamal Məmmədov

Tarix: 22 Yanvar 2024, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin