Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbədənkənar prezident seçkilərindən sonra bəzi nazirlərin istefaya göndəriləcəyi, strukturlarda optimallaşdırma aparılacağı barədə iddialara aydınlıq gətirib.
Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə müəyyən dövrün başa çatdığını, bundan sonra yeni bir dövrün başlayacağını qeyd edib.
“Yeni dövrün başlaması ilə əlaqədar istər siyasi partiyalar, istər qeyri-hökumət təşkilatları, ziyalılar, alimlər ictimaiyyət, mətbuat nümayəndələri təklilərini versinlər, ictimai müzakirələr keçirsinlər, göndərsinlər ki, gələcəyə baxış, ideologiya necə və hansı istiqamətdə olmalıdır, daxili siyasətdə nələr dəyişməlidir. Bu, paralel olaraq struktur dəyişikliyi ilə bağlı məsələdir. Regional idarəetmə, bələdiyyələrin, o cümlədən ayrı-ayrı strukturların gələcək fəaliyyəti ilə əlaqədar xeyli sayda təkliflər var. Təbii ki, bütün prezident seçkilərindən sonra hökumət bütövlükdə istefaya gedir, yenidən təyinatlar olur. Bu, bilavasitə cənab Prezidentin səlahiyyətləri çərçivəsindədir. Cənab Prezident kimi məsləhət biləcəksə, kimin yolu davam etdirməsini məsləhət görəcəksə, o insanlar da yolu davam etdirəcəklər, yaxud yerdəyişmə olacaq. Kimi məsləhət bilməyəcəksə, o insanlar yola davam etməyəcəklər”, - deputat qeyd edib.
S.Novruzov prezident seçkilərindən sonra istefaya gedəcək nazirlər arasında ən çox fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adının hallanması, ölkədə son dövrlər baş verən partlayış və yanğınlar fonunda nazirliyin işinin öhdəsindən gələ bilməməsi iddiasına da toxunub: “Bir adam səhlənkarlıq edib yanğın törədirsə, vəzifə borcunu yerinə yetirmirsə, evində qaza nəzarət etmirsə, buna hansısa struktur cavabdehlik daşıyır? Mən başa düşə bilmirəm. Yanğın nədən baş verir? Ya qısa qapanmadan, ya qaza nəzarət olunmayanda, ya da qeyri-qanuni yollarla gizlin xətt çəkiləndə. Hadisələrlə bağlı Baş Prokurorluq araşdırma aparır, nəticələr barədə açıqlama verəcək. Səbəb və nəticəni bilməyən insanlar tərəfindən, yaxud kiminsə kimdənsə xoşu gəlmirsə, ortaya belə fikirlər atırlarsa, bu, mənasız bir şeydir”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin