BURADA REKLAMINIZ OLA
BİLƏR

Masallıda ağır qəza: “KamAZ” və “QAZ” toqquşdu, sürücülərdən biri öldü

Masallı rayonunun Çaxırlı kəndi ərazisində “KamAZ” və “QAZ” markalı iki yük avtomobili toqquşub.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, nəticədə “QAZ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 14 May 2020, 23:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin