BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürən şəxs hökmdən narazıdır

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 26-na təyin edilib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

 
Qeyd: Hadisə 2021-ci il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb.

 
Belə ki, 1980-cı il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.
 

Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Kamal Məmmədov 

Tarix: 23 Yanvar 2024, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin