BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “DİN və FHN-ə işə düzəltdirəcəm” deyən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə ittiham olunan Rauf Hacılının (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, Rauf Hacılı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 5 vətəndaşa özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək, Daxili İşlər Nazirliyinin “102 Xidməti zəng-mərkəzi”nə operator vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib.

 

Bundan başqa, o, bir zərərçəkmişə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib. Rauf Hacılı bu yolla həmin şəxslərdən ümumilikdə 29 200 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Daha sonra Rauf Hacılı həmin şəxslərin şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Qeyd: Rauf Hacılı daha əvvəl hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ittiham olunaraq, həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 23 Yanvar 2024, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin