BURADA REKLAMINIZ OLA
BİLƏR

İki qadını cinsi istismara məruz qoyan şəxs apellyasiya şikayəti verdi

 

İnsan alverində təqsirləndirilən Aləmzar Kərimovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 25-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Kazımova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: A.Kazımova cinayət işi üzrə iki qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyduğu bildirilir. 

İstintaq orqanı tərəfindən A.Kazımovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan olunub. 

 

Kamal Məmmədov

Tarix: 23 Yanvar 2024, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin