BURADA REKLAMINIZ OLA
BİLƏR

AzTV-yə müsahibə verən koronavirus xəstəsi öldü - VİDEO

Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, onlardan biri Hacı İlham Şükür oğlu Əsgərovdur. İ.Əsgərov bir neçə gün öncə AZTV-yə müsahibəsində səhhətində müsbətə doğru dəyişikliyin olduğu ilə bağlı məlumat verib.

 

İlham Əsgərov 1961-ci il sentyabrın 5-də anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Cəlilabad rayonunun Alar kəndində dil-ədəbiyyat müəllimi işləyirdi. Müntəzəm olaraq mətbuatda şeir və hekayələrlə çıxış edirdi, ədəbi proses haqqında tənqidi məqalələr yazırdı. Hacı İlham Əsgərov publisistik yazılarında həmişə cəmiyyəti düşündürən ciddi problemləri qaldırırdı.mediapost.az

 

Tarix: 15 May 2020, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin