BURADA REKLAMINIZ OLA
BİLƏR

Monqolustanda güclü partlayış olub, 24 nəfər həlak olub - VİDEO

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində azı 24 nəfər həlak olub.

 

Bu barədə “CentralAsia” nəşri məlumat yayıb.

 

Hadisəyə səbəb yol qəzası olub. Partlayışdan sonra başlayan yanğın yaşayış binasına və bazara keçib.

 

Partlayış dalğası hətta episentrdən yüzlərlə metr aralıda da hiss olunub.

 

İlkin məlumatlara görə, fövqəladə hadisə nəticəsində azı 24 nəfər ölüb, onlardan üçü yanğınsöndürəndir. Bu rəqəmlər hələ ki, rəsmi təsdiqini tapmayıb./Report

 

Tarix: 24 Yanvar 2024, 01:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin