BURADA REKLAMINIZ OLA
BİLƏR

Domino oyununa görə həmkəndlisini bıçaqlayan şəxsə CƏZA VERİLDİ

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Baloğlan Məhərrəmovin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 18 aprel 2023-cü il tarixdə saat 20 radələrində Saatlı rayonunun Əlisoltanlı kəndində yerləşən çayxanada qeydə alınıb.

 

Belə ki, 1986-cı il təvəllüdlü Məhərrəmov Baloğlan Vaqif oğlu çayxanada domino oyununa görə, aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğluna bıçaqla xəsarətlər yetirib.

 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 

Hadisədən sonra Baloğlan Məhərrəmov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 24 Yanvar 2024, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin