BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbin yaxınlığında söyüşə görə tanışını bıçaqlayan şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nahid Qədirovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

İttihama görə, hadisə 28 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında qeydə alınıb.

 

Belə ki, Nahid Qədirov tanışının idarə etdiyi “ZAZ Tavriya” markalı avtomobilində sərnişin qismində olduğu zaman həmin nəqliyyat vasitəsi digər şəxsin idarə etdiyi “QAZ-3110 101” avtomobillə toqquşub. Həmin şəxslərin arasında qəzanın maddi xərclərinin bölüşdürülməsi səbəbindən mübahisə yaranıb. Narazılıqları aradan qaldırılması məqsədi ilə hadisə yerinə təqsirləndirilən şəxsin tanışı, zərərçəkmiş Samir Fətəliyev (şərti) gəlib. Mübahisə zamanı zərərçəkmiş şəxs onların ünvanına nalayiq söyüşlər söyüb. Daha sonra Nahid həmin gün saat 23 radələrində Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında Samirlə görüş təyin edib. Görüş zaman onların arasında mübahisə baş verib. Nəticədə o, özü ilə götürdüyü bıçaqla Samirin sol bazu və qarın nahiyəsinə 3 dəfə qəsdən zərbə vuraraq, ona xəsarətlər yetirib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Kamal Məmmədov

 

 

Tarix: 24 Yanvar 2024, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin