BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə zalından həbs edilən “Prius”un sürücüsünün cəzası artırıldı

 

 

 

 

 

 

 

Bakı Apellyasiya Məhkəməsində piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Sənan Hasilovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apelyasiya protesti qismən təmin edilib, Sabunçu Rayon Məhkəməsinin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək, 5 il 6 aya qaldırılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 2022-ci il iyunun 26-sı saat 2 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, Bakı şəhər sakini S.Hasilov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolu keçən paytaxt sakini Zaur Ağayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Hadisədən sonra S.Hasilov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. S.Hasilov dərhal məhkəmə iclas zalından həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 24 Yanvar 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin