BURADA REKLAMINIZ OLA
BİLƏR

Qızıl alverçisi ikinci dəfə şikayətçi oldu, tanışı yenə bəraət aldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zabil Həsənovun (soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apelyasiya protesti və apelyasiya şikayəti təmin edilməyib, Nərimanov Rayon Məhkəməsinin çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, Zabil Həsənov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş Yaganə Səlimovanın etibarından sui-istifadə edib. O, zərərçəkmişdən qızıl-zinət əşyaları götürüb iki üç ay ərzində pulunu qaytaracağına dair yalan vəd verib.

 

Belə ki, Zabil Həsənov “Gənclik” univermağında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Yaganə Səlimovadan 2021-2022-ci illərdə hissə-hissə olmaqla ümumilikdə 25 423 manatlıq nisyə qızıl-zinət əşyaları götürüb. Daha sonra o, verdiyi vədə əməl etməyib.

 

Yaganə Səlimovanın şikayəti əsasında saxlanılan Zabil cinayət məsuliyyətinə cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti vermişdi.

 

Qeyd: Daha əvvəl iş üzrə zərərçəkmiş qismində tanınan Yaganə Səlimovaya qarşı qızıl alqı-satqısı ilə məşğul olan Səyalı Nəcəfovanın da dələduzluq etdiyi barədə cinayət işi açılmışdı. İttihama görə, Səyalı Nəcəfova 2017-ci il dekabr ayının sonlarından 15 mart 2018-ci il tarixədək olan müddət ərzində tanışı Yaganə Səlimovaya qarşı ümumilikdə 62 240 manatlıq dələduzluq edib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Səyalı Nəcəfovanın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə təqsirliliyi sübuta yetirilməyib və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib. Səyalı Nəcəfova barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

 

Kamal Məmmədov

Tarix: 24 Yanvar 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin