BURADA REKLAMINIZ OLA
BİLƏR

Razi Nurullayevin adından yayılan foto ilə bağlı AÇIQLAMA

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin sosial şəbəkə hesabında paylaşdığı iddia olunan foto geniş müzakirə yaradıb. R.Nurullayevin sözügedən fotonu “Facebook” hesabında hekayə bölməsinə yerləşdirdiyi, qısa vaxt sonra sildiyi bildirilir. 

 

Partiyanın sədr müavini Məhəmməd Əsədullazadə Pravda.az-a açıqlamasında yayılan məlumatı təkzib edib: “Belə bir şey qəti şəkildə olmayıb. Razi Nurullayevə qarşı bu kimi təxribat xarakterli şəkillər, videolar hazırlanır. Bunu qətiyyətlə qəbul etmirik. Təxribatdır, kiber cinayətdir. Biz belə qiymətləndiririk. O qədər pis adamlar var. Partiyanın və prezidentliyə namizədin belə şeylərlə hər hansı əlaqəsi ola bilməz”.

 

Aytəkin Qardaşova 

Tarix: 24 Yanvar 2024, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin