BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan klubunun basketbolçusu narkotik maddə satdığı üçün həbs olundu - FOTO

Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolaye Kojuharu İrlandiyanın Offali şəhərində saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur.

 

Onunla birlikdə daha iki nəfər tutulub.

 

Kojuharunun girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia qəbul edilməyib. Onlar məhkəmənin hökmü ilə mayın 13-də həbs olunublar. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.Report

Fotoları təqdim edirik
Tarix: 15 May 2020, 09:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin