BURADA REKLAMINIZ OLA
BİLƏR

Narkotik maddənin təsiri altında olan "Prius” sürücüsü saxlanıldı - FOTO

77-HA-612 nişanlı “Toyota Prius” sürücüsü Ağayev Rza Samir oğlu ardıcıl qayda pozuntuları etdiyi üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən sürücülük vəsiqəsi və sahiblik hüquququnun olmaması müəyyən edilib. Şübhəli və adekvat olmayan hərəkətləri nəticəsində müayinə ilə şəxsin kəskin şəkildə narkotik maddənin təsiri altında olduğu və belə vəziyyətdə taksi fəaliyyəti ilə məşğul olduğu sübuta yetirilib. Toplanmış material Suraxanı Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə şəxs barəsində 20 sutka həbs qərarı qəbul edib. 

 

Bu barədə Pravda.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, 1999-cu il təvəllüdlü Xəzər rayon sakini R.Ağayev özünü əvvəlcə qazi kimi təqdim edib, sonradan onun müharibə iştirakçısı olmadığı da aşkarlanıb.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 24 Yanvar 2024, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin