BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeraltı keçidlərdə kioskda satıcılara hədə-qorxu gələn şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmə, soyğunçuluq və dələduzluqda təqsirləndirilən Mehdi Abaszadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarı və 13 noyabr 2023-cü il tarixli hökmü ləğv edilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə hazırlıq iclası mərhələsinə göndərilib. Mehdi Abaszadə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilib.

 

İttihama görə, Mehdi Abaszadə təkrarən özgənin əmlakını soyğunçuluq yolu ilə talayıb, təkrarən özgənin əmlakını aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədi ilə dələduzluq edib, saxlanc yerinə daxil olmaqla özgə əmlakını soyğunçuluq yolu ilə talayıb, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə, yəni zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgə əmlakını əldə edib.

 

Belə ki, o, paytaxt ərazilərində yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə aid kioskda satıcı işləyən şəxslərə qarşı soyğunçuluq edib, hədə-qorxu ilə tələb etmə yolu ilə, yəni zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgə əmlakını ələ keçirib.

 

Daha sonra Mehdi Abaszadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək onun əməlini Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin tərkibi olmadığından həmin maddənin ləğv edilməsini və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdi.

 

Kamal Məmmədov

 

 

Tarix: 25 Yanvar 2024, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin