BURADA REKLAMINIZ OLA
BİLƏR

"İşıqpulu"nun çox yazılmasına rəsmi aydınlıq gətirildi

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsinin rəisi Mahir Abdullayev 2023-cü ilin dekabr ayı üzrə kommunal işıq borcunun çox yazılması barədə şikayətlərə aydınlıq gətirib.

 

İdarə rəisi Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabr soyuq aylardan biri hesab edilir: "Bu səbəbdən də isitmə cihazları və s. istifadə olunur, bu da enerji sərfiyyatını artırır. Enerji sərfiyyatının hesabatı elektrik sayğacları vasitəsi ilə aparılır. Vətəndaşların ödəyəcəkləri məbləğ sayğac göstəriciləri əsasında yaranır".

 

Aytəkin Qardaşova

Tarix: 25 Yanvar 2024, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin