BURADA REKLAMINIZ OLA
BİLƏR

Şantaj etdiyinə görə həbs olunan sayt rəhbəri ilə bağlı qərar açıqlandı

Şəki Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. 

 

İttihama görə, N.Baxşəliyev rəhbəri olduğu "amia.az" saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə  pul tələb etməkdə təqsirlıəndirilir. Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb.  Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan olunub. 

 

Kamal Məmmədov

Tarix: 26 Yanvar 2024, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin