BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan ölkəsinə ekstradisiya olmasını istəyən əcnəbidən xəbər var

Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı Hevad Əsədziya Həbibulrəhman oğlunun barəsindəki cinayət işi üzrə qərardan yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Astara Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd olunub ki, həmin şəxs cəzalarını çəkdikdən sonra Azərbaycanın hüdüdlarından kənara məcburi çıxarılsın.

 

İttihama görə, 2023-cü il iyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıblar.

 

Əcnəbilərin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Həmin hökmlə həmçinin digər təqsirləndirilən şəxslər də təqsirli bilinərək məhkum olunublar.

 

Əsədziya Hevad apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzanın azaldılmasını və ya ona başqa növ cəza təyin edilməsini, yaxud üçüncü ölkəyə ekstradisiya olmasını xahiş etmişdi.

 

Kamal Məmmədov

Tarix: 26 Yanvar 2024, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin