BURADA REKLAMINIZ OLA
BİLƏR

Fuad Əliyev növbədənkənar prezident seçkilərində 3-cü yer uğrunda mübarizə aparır? - AÇIQLAMA

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürən Fuad Əliyevin səlahiyyətli nümayəndəsi Xəzər Teyyublu F.Əliyev barədə səsləndirilən bəzi iddialara aydınlıq gətirib.

 

X.Teyyublu Pravda.az-a açıqlamasında Fuad Əliyevin seçkidə üçüncü yer uğrunda mübarizə aparması barədə iddialara belə cavab verib: “Fuad Əliyevin seçki qərargahı olaraq öz işimizdəyik. O fikirdə deyilik ki, konkret olaraq seçkilərdə Fuad Əliyev üçüncülük iddiasında olsun. Sonuncu, ya dördüncü-beşinci olsun. Yəni biz heç vaxt bu fikirdə olmamışıq. Fuad Əliyev özü də bu fikirdə deyil. Sadəcə, seçkidir, kampaniyadır. Düşünürəm, bu gün ictimaiyyət də görür ki, daha populyar, aktiv, çevik, mənalı, fərqli seçki kampaniyası apara bilirik. Fuad Əliyevin üçüncülük uğrunda mübarizə aparması barədə iddialar yanlışdır”. 

 

X.Teyyublu prezidentliyə namizədliyini irəli sürənlərin debatlarının sönük keçməsi, təkliflərin kifayət qədər olmaması barədə şərhləri isə belə dəyərləndirib: “Fikir verirsinizsə, bu seçkiyə qədər həmişə namizədlər siyasi şüarlar irəli sürürdülər. Qarabağ torpaqlarının alınması və s. Amma artıq torpaqlar azad olunub, indi isə görürük ki, namizədlərin əksəriyyəti sosial şüarlar səsləndirirlər. Buna görə də namizədlərin platformalarında konkret olaraq sosial məsələlər əksini tapıb. Fuad Əliyevin də platformasında sosial şüarlardır, “Varlı vətəndaş, varlı ölkə” şüarı ilə seçkiyə qatılıb. Təbii ki, bu istiqamətdə təkliflər də var. Təkliflərin arasında sosial, iqtisadi məsələlərdən tutmuş pensiya təminatı, maaşların qaldırılması, müəllimlər, həkimlər üçün keçirilən sertifikasiya imtahanlarının ləğv olunması və digər mühüm məsələlər platformada konkret göstərilib. Təkliflər də verilib. Yəqin ki, 7 fevraldan sonra qalib gələn tərəf məlum olan tərəflərin platformalarındakı bəndləri götürərək dövlətimizin və millətimizin inkişafında istifadə edəcək. Düşünürəm, namizədlərin özləri də bundan məmnun qalarlar”. 

 

Aytəkin Qardaşova 

Tarix: 27 Yanvar 2024, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin