BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şirkət məhsulu müvafiq dövlət nəzarəti orqanlarından gizlətdi - PROTOKOL

"Bertefet co" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokolu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı (İstehlakçıların hüquqlarının pozulmasına, yəni: nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 29 Yanvar 2024, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin