BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınların ölümünə səbəb olan sürücü cəzasının yüngülləşdirilməsini istəyir

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Seymur Abıyevin barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 31-nə təyin edilib.


O, cəzasının yüngülləşdirilməsini istəyir.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Seymur Abıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsindəki polis nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi Seymur Abıyevin şikayətini təmin etməyib.
 

Qeyd: Hadisə 2021-ci il Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci km-də qeydə alınıb.
 

1980-ci il təvəllüdlü Abıyev Seymur Abı oğlu idarə etdiyi "Ford Transit" markalı, 90-ZX-246 dövlət qeydiyyat nişanlı yük-sərnişin avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan 1981-ci il təvəllüdlü Güləliyev Mehman Telman oğlunun idarə etdiyi "Howo" markalı, 99-RJ-244 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə toxunaraq toqquşub.
 

Qəza nəticəsində "Ford" markalı nəqliyyat vasitəsində olan sərnişinlər - 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı, 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı ölüb, 1960-cı il təvəllüdlü Məhərrəmova Sulduzə Həsən qızı xəsarət alıb.

 

Kamal Məmmədov 

Tarix: 29 Yanvar 2024, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin