BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışına yarım milyonluq dələduzluq edən şəxsdən xəbər var

Bakıda dələduzluqda təqsirləndirilən Kürdəmir rayon sakini, 1955-ci il təvəllüdlü Abbasqulu Nəsibovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 31-nə təyin edilib.

 

İttihama görə, tanışına qarşı 210 min dollarlıq dələduzluqda A.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham olunub. Məhkəmədə A.Nəsibov özünü təqsirli bilmədiyini deyib. O, xaricdən müxtəlif malların və avtomobillərin idxalı ilə məşğul olan iş adamı Adil Babayevdən faizlə 260 min dollar borc aldığını və 11 ay ərzində ona 273 min dollar qaytardığını deyib.

 

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Adil Babayev Abbasqulu ilə yanaşı Bəhruzun da onu aldatdığını bildirib və məsuliyyətə cəlb edilərək ağır cəzalandırılmasını istəyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. 68 yaşlı A.Nəsibova 7 il 6 ay həbs cəzası verilib. Həmçinin ona qarşı irəli sürülən 442 min manatlıq mülki iddia təmin edilib.

 

Kamal Məmmədov

Tarix: 29 Yanvar 2024, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin