BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınları Türkiyəyə aparan şəxs kassasiya şikayəti verdi

Bakıda insan alverində təqsirləndirilən Gülnarə Məhərrəmovanın barəsindəki hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 30-na təyin edilib.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum edilib.

 

İttihama görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (İnsan alveri) maddələri ilə təqsirli bilinib.

 

Kamal Məmmədov

 

Tarix: 29 Yanvar 2024, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin