BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda taksi sürücüsünə tametlə hücum edən şəxs hökmdən narazıdır

Abşeronda quldurluqda təqsirləndirilən Elbrus Məhərrəmlinin barəsindəki hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 30-na təyin edilib.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. İttihama görə, Elbrus Məhərrəmli 7 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında Abşeron rayonu Hökməli qəsəbəsinə getmək üçün sərnişin qismində əyləşdiyi zərərçəkmiş Vahid Məmmədovun (şərti) idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil ilə həmin gün saat 01:40 radələrində Hökməli qəsəbəsinə çatıb. O, zərərçəkmiş şəxsi avtomobili kənar şəxslərin olmadığı yerə sürdürərək, saxlatdırıb, özü ilə götürdüyü silah qismində istifadə edilən tameti tətbiq etməklə ona hücum edib. Elbrus həmin tametlə əvvəlcə Vahidin başına bir dəfə zərbə endirib, daha sonra onun əmlakını ələ keçirməyə yönəlmiş cinayətkar hərəkətlərini davam etdirməklə sürücünün sol əlinə bir dəfə zərbə vurub. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə 710 manat 75 qəpik məbləğində maddi ziyan vurmaqla quldurluq edib.

 

Kamal Məmmədov

Tarix: 29 Yanvar 2024, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin