BURADA REKLAMINIZ OLA
BİLƏR

Samir Aşurov hökmdən şikayətçidir

Xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham olunan Samir Aşurovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 1-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Aşurov 6 il 6 ay azadlıqdan məhrum edilib.

 

Qeyd: S.Aşurov 2021-ci ildə Almaniyadan deportasiya edilib. İttihama görə, S.Aşurov həmin ilin dekabrında Nizami rayonu ərazisində aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Zərərçəkmiş şəxsin həyatını xilas etmək mümkün olub.

 

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 30 Yanvar 2024, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin