BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qadınları Türkiyəyə aparmaqda ittiham edilən şəxsə bəraət verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində əqsirləndirilən Lalə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona bəraət verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Lalə Əsədova dərhal məhkəmə iclası zalından azadlığa buraxılıb.

 

İttihama görə, Lalə Əsədova Azərbaycan vətəndaşı olan 2 qadının etibarından sui-istifadə edərək Türkiyənin Trabzon şəhərinə aparıb, orada cinsi istismara məruz qoyub. Həmin şəxs DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (İnsan alveri) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 31 Yanvar 2024, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin