BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobillə nişanlı oğlanı vuraraq öldürən “pravasız” sürücü həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Habil Fərhadovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və Habil Fərhadov məhkəmə iclası zalında həbs olunub.

 

İttihama görə, hadisə 26 iyul 2023-cü il tarixdə, saat 09 radələrində Gəncə şəhəri, Atabəylər prospektində qeydə alınıb.

 

Belə ki, Habil Fərhadov sürücülük vəsiqəsi olmadan, ayıq vəziyyətdə idarə etdiyi “NAZ Lifan 320” markalı avtomobillə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü Rəşad Namazovu nəqliyyat vasitəsi ilə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 

 

Daha sonra Habil Fərhadov cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd: Rəşad Namazovun atası məhkəmədə dindirilərkən bildirib ki, oğlu nişanlı olub, hadisənin baş verdiyi ərəfələrdə toyu olacaqdı.

 

Kamal Məmmədov

Tarix: 31 Yanvar 2024, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin