BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərovun oğluna məxsus “LIBRAFF”dan açıqlama: Yalnız “Bravo”dakı mağazaları bağlayırıq

“LIBRAFF” kitab mağazaları şəbəkəsi bağlanmır. Yalnız "Bravo" supermarketlər şəbəkəsinə məxsus mağazaların içində olan mağazalar bağlanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “LIBRAFF”ın direktoru Cəlalə Nəzəroğlu məlumat yayıb.

 

“Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu, biznesdir-hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq. Ümid edirəm, o zaman da bunu belə kütləvi işıqlandırarsınız” – direktor qeyd edib.

 

Xatırlatma: “LIBRAFF” kitab mağazaları şəbəkəsi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.

Tarix: 2 Dekabr 2019, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin