BURADA REKLAMINIZ OLA
BİLƏR

Evə basqın edən əmi-qardaşoğluya ağır cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Ucar rayonunda quldurluqda təqsirləndirilən Müşfiq Kərimov və onun ögey qardaşı oğlu Cavanşir Kərimovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, Müşfiq Kərimov 9 il 6 ay və Cavanşir Kərimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7000 manat pulu aparması barədə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər sakini Cavanşir Kərimov saxlanılıblar.

 

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, hadisə zamanı zərərçəkənin onları tanımaması üçün qara maska geyindiklərini, daha sonra onun əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan pulları apardıqlarını bildiriblər.

 

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 31 Yanvar 2024, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin