BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı avtomobillə vuraraq qaçan şəxsə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində Ucar rayonunda avtomobillə piyadanı vuraraq öldürməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Fuad Qasımovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.  

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 29 avqust 2022-ci ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Fuad Bəkir oğlu Qasımov sərxoş halda idarə etdiyi “Mercedes Benz C230” markalı minik maşını ilə piyada, 1984-ci il təvəllüdlü Vüsal Məhəmməd oğlu Xələfovu vurub. Yaralı xəstəxanada keçinib.

 

Hadisədən sonra Fuad Qasımov ərazidən qaçıb.

 

Kamal Məmmədov

Tarix: 31 Yanvar 2024, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin