BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ölkədə 4 günlük iş həftəsi tətbiq olunacaq

Almaniyada fevralın birindən 4 günlük iş həftəsinə keçid üzrə pilot layihə işə salınacaq. Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Qeyd olunub ki, pilot layihədə 45 şirkət iştirak edir. Layihədə iştirak edən şirkətlərin əməkdaşları həftənin 4 günü çalışacaq, lakin 5 günlük iş həftəsində olduğu kimi əmək haqqı alacaqlar.

 

Layihənin məqsədi iş müddəti azalanda əməkdaşların iş qabiliyyətinin artıb-artmayacağını araşdırmaqdan ibarətdir. Belə ki, pandemiyadan sonra bir çox əməkdaşlar ofisə gələrək yorucu iş həftəsində çalışmaqdan imtina edib və ya bunun üçün əmək haqqının qaldırılmasını tələb edib.

Tarix: 31 Yanvar 2024, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin