BURADA REKLAMINIZ OLA
BİLƏR

"Aztrade” şirkətinin əməkdaşı ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən V.Qurbanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, V.Qurbanov "Aztrade” MMC-də 2016-2018-ci illərdə sürücü-ekspeditor vəzifəsində çalışıb. O, işlədiyi müddət ərzində şirkətin 10 000 manat pulunu mənimsəyib.

 

Nizami Rayon Məhkəməsinin hökmü ilə V.Qurbanov 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

 

Kamal Məmmədov

 

Tarix: 1 Fevral 2024, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin