BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycana qanunsuz keçən tacikistanlıya hökm oxundu

Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Hafiz Əkbərin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

 

İttihama görə, Hafiz Əkbər 15 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “N” nömrəli hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən sərhəd zastavası ərazisindən piyada hərəkət edib. O, mühəndis-texniki çəpərinin dəmir materialdan olan məftillərinin üzərindən keçməklə, İrandan qəsdən qanunsuz olaraq Azərbaycan istiqamətində keçib. Daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən həmin gün saat 17 radələrində Astara rayonunun Sım kəndi ərazisində saxlanılıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 1 Fevral 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin