BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmyerlisini söyüşə görə döyən şəxsə şərti cəza verildi

Astara Rayon Məhkəməsində həmyerlisini döyməkdə təqsirləndirilən Səməd Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim  İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

 

İttihama görə, hadisə 09 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Astara rayon Kakalos kəndində qeydə alınıb.

 

Belə ki, Səməd Məmmədov həmin kənd sakini, zərərçəkmiş Vahid Kərimzadə (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi olub. Nəticədə Səməd həmyerlisinin üz nahiyəsinə qəsdən 2 dəfə yumruqla zərbə vuraraq, ona xəsarət yetirib.

 

Hadisədən sonra Səməd Məmmədov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 1 Fevral 2024, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin