BURADA REKLAMINIZ OLA
BİLƏR

Satıcı mağazada qiymətlərdən narazılıq edən müştərini döydü - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sabir Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

 

Məhkəmənin hökmü o, 6 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilib və Sabir Səfərov məhkəmə iclas zalından həbs edilib.

 

İttihama görə, hadisə 14 iyul 2022-ci il tarixdə, saat 11 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən meyvə-tərəvəz mağazasında qeydə alınıb.

 

Belə ki, Sabir Səfərov satıcı işlədiyi mağazada olarkən ora müştəri qismində zərərçəkmiş Mikayıl Hacıyev (soyadı şərti) gəlib. Zərərçəkmiş ondan piştaxtaya düzülmüş müxtəlif çeşiddə olan meyvələrin qiymətlərini soruşub. O, qiymətləri deyəndən sonra Mikayıl narazılıq edib. Sabir ona “nə problem yaradırsan, endirimlə mən məşğul olmuram, sənə xidmət etməyəcəm” kimi sözlər deyib. Daha sonra təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə mübahisə yaradıb, zərərçəkmişi nalayiq ifadələrlə təhqir edib, baş və yumruq zərbəsi ilə qəsdən onun sifət nahiyəsindən vuraraq, Mikayıla xəsarət yetirib.

 

Hadisədən sonra Mikayıl Hacıyev cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 2 Fevral 2024, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin