BURADA REKLAMINIZ OLA
BİLƏR

"HASİL" MMC-nin Şərurlu İsfəndiyarla heç bir bağlılığı yoxdur - AÇIQLAMA

Adı məhkəmə işində hallanan "HASİL" MMC-nin "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) heç bir bağlılığı yoxdur.

 

Bu sözləri Pravda.az-a Şərur MTK-nın Metbuat Xidmətinin rəhbəri Tünzalə İsmayılova deyib.

 

 ""HASİL" MMC-nin təsisçiləri hazırda həbsdə olduqları üçün binanın tikintisi dövlət tərəfindən "Şərur" MTK-ya tapşırılıb. Bu səbəbdən belə xəbərlər yazılır. "Şərur" MTK "HASİL" MMC-nin hüquqi varisi deyil və heç bir hüquqi sənəddə "Şərur"la bağlılığı yoxdur", - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 2 Fevral 2024, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin